İdman
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilmədi
Misli Premyer Liqasının XXVI turunda "Zirə" "Şamaxı" ilə bərabərə qalıb.
Publika.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda hesab 69-cu dəqiqədə açılıb.
Ev sahiblərinin heyətində Leroy Mikels fərqlənib.
Qonaqlar məğlubiyyətdən yalnız 90+2-ci dəqiqədə qaça biliblər. Edqar Adilxanov yekun nəticəni müəyyənləşdirib.
Oyun bir sıra maraqlı hadisələrlə yadda qalıb. Əvvəlcə "Şamaxı"nın heyətində, 53-cü dəqiqədə Dioqo Balau kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. 12 dəqiqə sonra isə "Zirə"nin futbolçusu Ruan Renato kobud oyuna görə təyin olunan penaltini dirəyə vurub.
"Zirə" 43 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. "Şamaxı" isə 31 xalla səkkizincidir.
Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib. "İmişli" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib. (1:1)
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq







.jpg)




.jpg)




.jpg)





















