İdman
Modriçin qızı çempion oldu
“Milan”ın futbolçusu Luka Modriçin 13 yaşlı qızı Ema Modriç “rossoneri”nin qızlardan ibarət yeniyetmə komandası ilə öz yaş kateqoriyasında kubok qazanıb.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Söhbət aprelin 6-da keçirilən qadınlar arasında “Kubok Qariino” turnirindən gedir. Yarımfinalda “Milan”ın gənc futbolçuları “İnter”in yaşıdlarını məğlub edib, finalda isə “Yuventus” üzərində qələbə qazanıblar.
Emanın atası Luka həmin gün Neapolda idi və “Napoli”yə qarşı A Seriyasının 31-ci tur matçına (0:1 məğlubiyyət) hazırlaşırdı. Buna baxmayaraq, o, qızının oyununu “FaceTime” vasitəsilə izləyib.
Xatırladaq ki, Luka Modriç ötən ilin yayında “Real”dan azad agent kimi “Milan”a keçub. Həmin vaxt Ema da “rossoneri”nin yeniyetmə qızlar komandasına qoşulmuşdu.
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq







.jpg)




.jpg)




.jpg)





















