İdman
Ralli yarışında dəhşətli qəza: Ölən var - VİDEO
Argentinanın Mina-Klaverо şəhərində keçirilən Cənubi Amerika rallisinin final mərhələsi zamanı faciə baş verib.
Publika.az xəbər verir ki, iştirakçılardan biri avtomobilin idarəetməsini itirərək trasdan çıxıb və azarkeşlərin olduğu əraziyə çırpılıb. Hadisə nəticəsində bir azarkeş həyatını itirib.
İnsident xüsusi sürət mərhələlərindən birində qeydə alınıb. Paraqvaylı pilotlar Didye Arias və Ektor Nunyesin idarə etdiyi “Volkswagen Polo” trasdan kənara çıxaraq tamaşaçıların yerləşdiyi sektora daxil olub.
Qəza nəticəsində üç azarkeş xəstəxanaya yerləşdirilib. Çoxsaylı xəsarətlər alan 25 yaşlı kişi ağır vəziyyətdə olub və sonradan onun həyatını itirdiyi açıqlanıb. 40 yaşlı qadın və azyaşlı qız da xəsarət alsa da, onların həyatına təhlükə yoxdur.
Heybət
WATCH: Rally car flips repeatedly, narrowly misses audience in Mina Clavero, Argentina pic.twitter.com/q3Q97riICy
— Rapid Report (@RapidReport2025) April 19, 2026
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Magazin211:40Kardaşyan bu dəfə dekoltesi ilə gündəm oldu - FOTO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı

































