İdman
Qız istəyirlər: Eskort xidməti şəbəkəsi aşkar edildi - Müştərilər arasında futbolçular da var
Milanda varlı müştərilər üçün eskort xidmətlərinin təşkilinə dair cinayət sxemi ifşa olunub.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri prokurorluq materiallarına istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, Milan gecə klublarında tədbirlərin təşkili ilə məşğul olan bir şirkət VIP müştərilərə xüsusi paketlər təklif edib. Bu paketlərə klubda əyləncə, lüks oteldə otaq və eskort xidməti daxil olub. Belə xidmətlərin qiyməti minlərlə avro təşkil edib və qeyri-qanuni biznesin ümumi dövriyyəsi 1,2 milyon avronu keçib.
İstintaqın sərəncamında telefon danışıq yazıları da olub. Onlardan birində “Formula-1” pilotundan bəhs edilir: “Mənim bir dostum var, F-1 sürücüsüdür, bu axşam Milana gəlir, qız istəyir”.
Məlumata görə, iş üzrə ən azı 50 tanınmış müştəri, o cümlədən A Seriyası futbolçuları və digər idmançılar yer alır. Onların adları sənədlərdə gizli saxlanılır. Həmçinin müəyyən edilib ki, tədbirlər zamanı eyforiya yaradan və dopinq yoxlamalarında iz buraxmayan “gülüş qazı”ndan istifadə olunub.
Sxemdə 18-30 yaş arası təxminən 10 qadın iştirak edib. Onların bir qismi peşəkar eskortlar, digərləri isə tədbir sənayesinə cəlb olunmuş gənc qadınlar olub. Onlar gəlirin 50 faizini alır və Çinizello-Balzamo ərazisində şirkətə məxsus məkanlarda yaşayırdılar. Oxşar fəaliyyət Yunanıstanın Mikonos adasında da aparılıb.
Dörd nəfər fahişəliyin təşkili və istismarı, həmçinin çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. İstintaqa Milan prokurorluğu rəhbərlik edir, əməliyyat tədbirlərini isə maliyyə-iqtisadi polis bölməsi həyata keçirib.
Heybət
-
Nəqliyyat18:50Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma bərpa olunur? - Rəsmi/Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU


































.jpg)


