Dünya
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Braziliyanın bir neçə şəhərinin sakinlərinə ölkənin Milli Mülki Müdafiə qurumu adından yadplanetlilərin hücumu ilə bağlı xəbərdarlıq bildirişləri gəlib.
Publik.az “Agência Brasil”ə istinadla xəbər verir ki, bu barədə Müdafiə və Mülki Müdafiə məsələləri üzrə katib Volney Volf məlumat verib.
Katibin sözlərinə görə, dövlətin əhalini təcili xəbərdar etmə sisteminə haker hücumu olub. Nəticədə, ölkə sakinlərinə özlərini yadplanetlilərin hücumundan "qorumağa" çağıran bildirişlər daxil olub. Üstəlik, bəzi mesajlarda orfoqrafik səhvlərə də yol verilib.
"Ehtiyatlı olun: yadplanetlilərin hücumu. İnsanlar, biz gəldik", — deyə mesajların birində qeyd olunub.
Braziliyanın Milli Mülki Müdafiə qurumu "Facebook" sosial şəbəkəsində bildirib ki, haker hücumundan sonra xəbərdarlıq sistemi söndürülüb. Xəbərdarlıqlar qurumla heç bir əlaqəsi olmayan şəxs tərəfindən məsafədən göndərilib.
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?














.jpg)








.jpg)










