İdman
"Siti"nin əfsanəsi milyonluq malikanəsini aşağı qiymətə satdı - FOTOLAR
"Mançester Siti"nin əfsanəsi, "Bayern"in baş məşqçisi Vensan Kompani Çeşirdə yerləşən ailə evini 3,45 milyon funt sterlinqə satışa çıxarıb.
Publika.az xəbər verir ki, 6 yataq otağından ibarət "Springwood" malikanəsi Heyl-Barnsın prestijli bölgəsində yerləşir. Evdə qapalı hovuz, idman zalı, oyun və media otağı, 6 hamam otağı, dizayner mətbəxi və əl işi kaminlər mövcuddur.
Təxminən 7 600 kvadrat fut sahəyə malik olan daşınmaz əmlak 2009-cu ildə tikilib və klassik üslubu müasir dizaynla birləşdirir. Ərazidə bağ, istirahət zonası, mini-futbol meydançası və basketbol sahəsi də var.
Qeyd olunur ki, bölgədə elit daşınmaz əmlakın satışı çətin getdiyi üçün qiymət aşağı salınıb.
Bu addımdan sonra "Siti" azarkeşləri onun yaxın vaxtlarda məşqçi kimi kluba qayıdacağına şübhə ilə yanaşırlar. Görünür, artıq o, gələcəyini, müqaviləsini 2029-cu ilə qədər uzatdığı "Bayern"lə bağlayır.
Heybət





-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin118:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO
-
Ekologiya13:03Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq



































