İdman
Benzema Ronaldodan nə öyrənib?
“Əl-Hilal”ın hücumçusu Kərim Benzema “Real”da Kriştiano Ronaldo ilə birlikdə çıxış etdiyi dövrü xatırlayıb.
Publika.az xəbər verir ki, Fransalı və portuqaliyalı futbolçular 2009–2018-ci illərdə birlikdə “kral klubu”nun formasını geyiniblər.
“Bəli, o getdikdən sonra hücumda daha çox azadlıq qazandım, amma onunla oynamaq çox möhtəşəm idi. Mən onun cərimə meydançası daxilində necə hərəkət etdiyini mükəmməl öyrəndim. O, mövsümə 50-yə yaxın qol vururdu – bu, inanılmaz idi. Mən ondan hərəkət, sürətli qaçışlar və pressinq zamanı davranış baxımından çox şey öyrəndim”, – deyə 38 yaşlı hücumçunun sözlərini İspaniya mətbuatı sitat gətirib.
Benzema 2023-cü ildə “Real”dan ayrılaraq “Əl-İttihad”a keçib. Cari ilin əvvəlində isə futbolçu “Əl-Hilal” tərəfindən transfer olunub. Komanda Səudiyyə Ərəbistanı çempionatında Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”lə çempionluq uğrunda mübarizə aparır.
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120 İyun 20:36Zeynəb Xanlarova övladları ilə - FOTO

































