İdman
Luis Enrike: "Futbol inanılmaz bir şeydir…"
PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı qapıçısı Lukas Şevalyenin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, Şevalye yanvar ayının sonundan bəri oynamayıb və rusiyalı qapıçı Matvey Safonova rəqabətdə uduzub.
– Oyun üçün heyəti seçərkən qarşıdan gələn Dünya Kubokunu nəzərə alırsınız?
-Mən PSJ-nin məşqçisiyəm və başqa heç nə ilə maraqlanmıram. Bu məni maraqlandırmır. PSJ-dəki vəziyyətlə barışmalıyam. Qalan hər şey… Hər şey büllur kimi aydındır.
– Luka Şevalye bu həftə sonu oyun dəqiqələri ala bilərmi?
– Futbol inanılmaz bir şeydir… Mövsümün bütün ilk yarısını davamlı olaraq Lukas Şevalyeni tənqid etməklə keçirdiniz. Mən də onu burada, mətbuat konfranslarında müdafiə etdim. İndi isə nə vaxt oynayacağını soruşmağa davam edirsiniz. Bu inanılmazdır… Bu, tam olaraq sənin sualın deyil, amma düşünürəm ki, biz artıq hər şeyi demişik.
Aprelin 25-də PSJ Fransa çempionatının 31-ci turunda səfərdə “Anje” ilə qarşılaşacaq.
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO
-
Magazin213:33Uğur Güneş yeni serialda
-
Ekologiya13:03Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Hadisə11:27Vətən müharibəsi qazisi vəfat etdi - FOTO
-
MDB10:50Kiyevə hücum zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi





































