İdman
Premyer Liqada 350-ci oyununu keçirdi
Urfan Abbasov Premyer Liqada 350-ci oyununu keçirib.
Publika.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın kapitanının yubileyi “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib. O, Misli Premyer Liqasının XXXI turunun görüşünə start heyətində çıxıb.
Abbasov 350 oyunda 8 qola imza atıb. Debütü 2011/12 mövsümünə təsadüf edən futbolçu üç klubun formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol) və “Araz-Naxçıvan”da 55 (1 qol) oyun keçirib. Urfan Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirən 14-cü futbolçu kimi düşüb. O, 2025/26 mövsümündə adı sifariş vərəqində olmuş oyunçular arasında 3-cü göstəriciyə malikdir. “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, karyerasını mövsümün gedişində “Araz-Naxçıvan”da bitirən Qara Qarayev 360 matçın iştirakçısı olub.
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq




































