İdman
Alaba və Levandovski İtaliya nəhənglərinə təklif olundu
“Real”ın müdafiəçisi David Alabanın və “Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi müştərilərini İtaliya A Seriyası klublarına təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu nümayəndəsi “Milan” və “Yuventus” rəhbərliyi ilə danışıqlar aparıb. Xəbərdə qeyd olunur ki, hər iki klub Alaba ilə bağlı təklifi dinləyib və futbolçunun zədə tarixçəsini nəzərə alaraq variantları qiymətləndirəcək.
Bundan başqa, avstriyalı müdafiəçi ilə ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Həmçinin “Red Bull Zalsburq” Alabanı gənc futbolçular üçün mentor rolu ilə komandaya cəlb etmək istəyir.
Levandovskiyə gəlincə, Zahavi “Milan” və “Yuventus”a futbolçunun mövsüm üçün 8 milyon avro maaş tələbi olduğunu çatdırıb. Bildirilir ki, hazırkı mərhələdə bu məbləğ hər iki İtaliya nəhəngi üçün kifayət qədər yüksək hesab olunur.
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq




































