İdman
Sponsorlar təzyiq etdi: DÇ-də Kurasao millisinin baş məşqçisi o olacaq
Dik Advokaat DÇ-2026-da Kurasao millisinin baş məşqçisi olacaq.
Publika.az xəbər verir ki, “Voetbal International” məlumat yayıb.
78 yaşlı məşqçi fevral ayında qızının səhhətindəki problemlər səbəbindən vəzifəsindən ayrılmışdı. Məlumata görə, qızının səhhəti yaxşılaşıb və bu da məşqçinin öz vəzifəsinə qayıtmasına imkan verib. Advokatın yoxluğunda Kurasao millisində başqa bir niderlandlı mütəxəssis Fred Rutten rəhbərlik edib.
Əvvəlcə Kurasao Futbol Federasiyasının rəhbərliyi Rutteni komandada saxlamaq istəyib, lakin ciddi müqavimətlə qarşılaşıb. Bir neçə nüfuzlu sponsor təzyiq göstərərək Advokatın geri qayıtmasının vacibliyini vurğulayıb və oyunçularla məsləhətləşmələr də aparılıb. Onlar iki ildə tarixi uğur qazandıqları Advokatı seçdiklərini bildiriblər.
Tarixində ilk dəfə DŞ-də iştirak edəcək Kurasao Almaniya, Kot-d’İvuar və Ekvadorla eyni qrupda mübarizə aparacaq.
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI



































