ABŞ İrana hücumları bərpa edə bilər - YENİ ŞƏRTLƏR
Bizi izləyin

İdman

ABŞ İrana hücumları bərpa edə bilər - YENİ ŞƏRTLƏR

ABŞ İrana hücumları bərpa edə bilər - YENİ ŞƏRTLƏR

ABŞ Silahlı Qüvvələri Tehranın imzalanmış memorandum üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrana qarşı zərbələri və blokadanı bərpa edə bilər.

Publika.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bəyan edib.

“Birləşmiş Ştatlar İran öz öhdəliklərini yerinə yetirməsə, hərbi əməliyyatları bərpa edəcək və bu ölkəyə qarşı yenidən blokada tətbiq edəcək”, - deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, Vaşinqton bütün razılaşmalara əməl etmək niyyətindədir, lakin qarşı tərəfdən, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərdə də eyni addımı tələb edir. Heqset izah edib ki, memoranduma əsasən heç bir güzəşt nəzərdə tutulmur və ABŞ-ın əsas məqsədi İranın nüvə silahı əldə etməsinə yol verməməkdir. Onun fikrincə, bu məsələdə hər şey Tehrandan asılı olacaq.

İyunun 18-də Birləşmiş Ştatlar və İran İslam Respublikası 60 günlük atəşkəsi, Hörmüz boğazından gəmiçiliyin bərpasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini və yeni danışıqlar raundunun başlamasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumunun imzalandığını açıqlayıblar.

“Reuters”in məlumatına görə, sənədi iyunun 17-də ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imzalayıblar. “Axios” nəşri isə qeyd edib ki, memorandum məsafədən tərtib edilib və elektron imzalanmadan sonra qüvvəyə minib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm