Dünya
Həmin hadisədən sonra Yaponiya ərazisi şərqə doğru sürüşüb
Amerikalı və fransız seysmoloqlar 2011-ci ildə baş verən güclü zəlzələ zamanı Yaponiyanın bütün ərazisinin şərqə doğru 5-6 millimetr süründüyü qənaətinə gəliblər.
Publika.az “Science” elmi jurnalında dərc olunan tədqiqata istinadla xəbər verir ki, zəlzələ Yerin nüvəsinə çatan və oradan əks-səda verərək ölkənin altındakı litosfer tavalarının yerini dəyişməyə məcbur edən dalğalar yaradıb.
Məqalədə qeyd olunur ki, 2011-ci ilin martında Xonsu adasının sahillərində baş verən güclü zəlzələdən sonra faktiki olaraq bütün Yaponiya qeyri-adi şəkildə yerindən tərpənib.
Çikaqo Universitetinin dosenti Pak Son-yenginin rəhbərlik etdiyi alimlər qrupu bu hadisəni zəlzələ zamanı Yaponiyadakı minlərlə seysmik stansiyadan və çoxlu sayda yüksək dəqiqlikli GPS-sensorlardan əldə edilən məlumatları öyrənərkən aşkar edib. Seysmoloqlar keçmişdə təkanların belə nəticələri ilə qarşılaşmamışdılar.
Bir neçə tektonik tavanın eyni vaxtda hərəkəti əsas təkan formalaşdıqdan təxminən 13 dəqiqə sonra baş verib. Həmin vaxt seysmik stansiyalar qərbdən şərqə doğru istiqamətlənən qeyri-adi sürüşmə dalğası qeydə alıb. Tədqiqatçılar müəyyən ediblər ki, titrəyişlər zəlzələnin ilk təkanının yaratdığı seysmik dalğaların bir neçə dəqiqə ərzində Yerin nüvəsinə çatması, oradan əks olunaraq səthə qayıtması nəticəsində yaranıb. Nəticədə Sakit okean, Oxot, Avrasiya və digər litosfer tavaları arasındakı sərhədlər aktivləşərək onların kəskin şəkildə sürüşməsinə səbəb olub.
Alimlər vurğulayıblar ki, əvvəllər seysmik təhlükə proqnozları hazırlanarkən "superzəlzələlərin" işə düşməsinin belə bir ssenarisi nəzərdən keçirilməyib.
Hüseyn İbadlı
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI

































