İdman
Messinin “İnter Mayami”də maaşı nə qədər artıb?
MLS futbolçular həmkarlar ittifaqının (MLSPA) mətbuat xidməti liqada çıxış edən futbolçuların gəlirləri ilə bağlı məlumatları açıqlayıb.
Publika.az xəbər verir ki, MLS-in və “İnter Mayami”nin əsas ulduzu Lionel Messinin illik maaşı onun 2023-cü ildə komandaya keçdiyi dövrlə müqayisədə iki dəfə artıb.
Hazırda argentinalı dünya çempionu əsas əməkhaqqı və müxtəlif bonuslar daxil olmaqla ildə 28,3 milyon dollar (24,3 milyon avro) qazanır.
Messi liqanın ən yüksək maaş alan futbolçusu olaraq qalır. O, bu göstəricidə “Los-Anceles”də çıxış edən “Tottenhem”in keçmiş yarımmüdafiəçisi Son Hın Mini təxminən iki dəfə qabaqlayır. Cənubi koreyalı futbolçunun illik qazancı 11 milyon avrodur.
Messi 2023-cü ildə Florida klubuna keçən zaman onun baza maaşı 10,2 milyon avro idi.
Qeyd edək ki, MLSPA-nın açıqladığı rəqəmlərə kommersiya tərəfdaşlıqlarından əldə olunan gəlirlər daxil deyil.
Müəllif: Tural
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI



































