İdman
“Barselona” ilə “Real” arasında növbəti gərginlik: Peresin sözləri aranı qatdı
Barselona” “Real”ın prezidenti Peresin açıqlamaları ilə bağlı rəsmi bəyanat yayıb.
Publika.az xəbər verir ki, klub hüquqşünasları tərəfindən Peresin səsləndirdiyi ittihamları araşdırır və təhlilin nəticəsindən asılı olaraq növbəti addımlar müəyyənləşdiriləcəyini bildirib. “Barsa”nın açıqlamasında deyilir:
“Real”ın prezidenti Florentino Peresin mətbuat konfransı ilə əlaqədar bildiririk ki, hüquq şöbəmiz onun səsləndirdiyi bəyanat və ittihamları diqqətlə öyrənir. Hazırda bu açıqlamalar təhlil olunur və atılacaq növbəti addımlar qiymətləndirilir. Zəruri hesab etdiyimiz anda mövqeyimiz və qəbul ediləcək qərarlarla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Florentino Peres mətbuat konfransında “Barselona”nı 20 il ərzində hakimlərlə münasibətlərdə sistemli korrupsiyada ittiham edib. O, Kataloniya klubunun Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə etdiyi ödənişlərlə bağlı məşhur “Neqreyra işi”ni xatırladıb.
“Biz 500 səhifəlik dosye hazırlayırıq və mövsüm başa çatdıqdan sonra onu UEFA-ya göndərəcəyəm. Mən artıq onlarla danışmışam. Dünya futbolu tarixində belə hadisə olmayıb. Bu, tarixin ən böyük korrupsiya hadisəsidir. “Barselona” hakimlərin rəhbərinə pul ödəyib. Biz bu dosyeni hazırlayırıq və işi sonadək aparacağıq”, – deyə Peres bildirib.
Müəllif: Tural
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI



































