İdman
Türkiyə nəhənginə görə “Əl-Nəsr”dən gedir: Ronaldoya kömək etmək üçün gəlmişdim
Portuqaliyalı mütəxəssis Jorje Jezuş “Əl-Nəsr”in baş məşqçisi postunu tərk etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunda “Əl-Nəsr” “Damak”ı 4:1 hesabı ilə məğlub edərək mövsümü birinci pillədə başa vurub və çempion olub. Oyundan sonra 71 yaşlı mütəxəssis komanda ilə vidalaşdığını bəyan edib.
“Mən buraya Kriştiano Ronaldoya və bu klubun qalib gəlməsinə kömək etmək üçün gəlmişdim. Hamımız birlikdə inanılmaz iş gördük. İndi isə mənim üçün ayrılmaq vaxtıdır”, — deyə Jezuş bildirib.
Təcrübəli məşqçi Türkiyəyə qayıdış ehtimalını da istisna etməyib: “Mümkündür ki, “Fənərbağça” ilə yarımçıq qalan bir hekayəm var və onu tamamlamalıyam. “Fənərbağça” azarkeşləri plan qura bilərmi? Bəli, qura bilərlər. Artıq bir maraqlı tərəf var. Təkcə “Fənərbağça” yox, Türkiyədən daha bir klub mənə təklif edib. Türkiyədə üç böyük klub var: “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş”. Bu üç klubdan ikisi mənə təklif göndərib. İkinci klubun adını isə hələlik gizli saxlayacağam”.
-
Avropa15:34Avropada nə baş verir? - Daxili işlər nazirləri ilə təcili iclas tələb edildi
-
MDB13:58Ukrayna "Rosatom"un gəmisini batırdı
-
Ekologiya12:45Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə11:10Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu
















.jpg)






.jpg)




.jpg)








