Nida Xəbər
Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini başladır - Qırğızıstanlı ekspert
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki qardaş ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu, mühüm siyasi hadisədir.
Publika.az xəbər verir ki, bunu qırğızıstanlı ekspert Marat Musuraliyev deyib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində təxminən 15-ə yaxın sənəd hazırlanıb, razılaşdırılıb və imzalanıb.
“İmzalanan sənədlərin yarısının memorandum olmasına baxmayaraq, onlar Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün möhkəm hüquqi və institusional baza yaradır. Hesab edirəm ki, hər iki respublikanın bir-birinə təklif edə biləcəyi geniş imkanlar mövcuddur”, – deyə o qeyd edib.
Marat Musuraliyev vurğulayıb ki, Azərbaycan MDB məkanında Türkmənistanla yanaşı, yanacaq-sürtkü materialları baxımından yalnız özünü təmin edən deyil, həm də bu məhsulları ixrac etmək imkanına malik azsaylı ölkələrdəndir.
“Bu baxımdan, Mərkəzi Asiya Azərbaycanın ixrac bazarlarının şaxələndirilməsi üçün yeni istiqamətlərdən birinə çevrilə bilər. Eyni zamanda, Azərbaycan Ordusu müxtəlif qoşun növlərinin informasiya sistemlərinin inteqrasiyası və onların şəbəkəmərkəzli idarə olunması sahəsində dünyada qabaqcıl təcrübəyə malik ordulardandır. Son illərdə Mərkəzi Asiya ölkələrinin kursantlarının Türkiyə və Azərbaycanın hərbi ali məktəblərində daha fəal şəkildə təhsil almaları da bu istiqamətdə əməkdaşlıq imkanlarını genişləndirir. Qırğızıstan isə kənd təsərrüfatı və yüngül sənaye sahələrində əhəmiyyətli təcrübəyə malikdir və bu istiqamətlər qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük perspektiv vəd edir”, – deyə ekspert bildirib.
Ekspert Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində keçirilən görüşlərin və qəbul olunan qərarların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, münasibətlərin inkişafı üçün ən mühüm amil xalqlar arasında mövcud olan qarşılıqlı etimad və ortaq dəyərlərdir.
“Ən vacib məqam xalqlarımız arasında qarşılıqlı etimadın və ortaq dəyərlərin mövcudluğudur. Coğrafi məsafələr, logistika və digər çətinliklər birgə səylərlə aradan qaldırıla bilər. Hər iki ölkənin hökumətləri əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək üçün ardıcıl siyasət həyata keçirirlər. Ümumilikdə Mərkəzi Asiya ölkələrinin əksəriyyəti artıq anlayır ki, Cənubi Qafqaz yalnız mədəni baxımdan yaxın region deyil, eyni zamanda, Türkiyə və Avropa İttifaqına çıxışı təmin edən mühüm logistika dəhlizidir”, – deyə qırğızıstanlı ekspert fikrini yekunlaşdırıb.(Azərtac)
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
