İdman
AFFA De Blekerlə vidalaşdı
Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Publika.az xəbər verir ki, 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.
Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin17 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı























.jpg)


.jpg)



.png)





