İdman
FHN-in qurumları arasında minifutbol çempionatına yekun vuruldu - Foto
18-22 may 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun açıq hava stadionunda Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.
Publika.az xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 12 komandasından 130-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub.
Mayın 22-də yarışlara yekun vurulub və mükafatlandırma mərasimi keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Bakı Regional Mərkəzinin (BRM) komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn XRXX-nin komandası yarışın çempionu adına yiyələnib.
Çempionatda ən yaxşı qapıçı Fərid Ağayev (XRXX), ən çox qol vuran oyunçu Elvin Şükürov (XRXX), əzmkar komanda isə Bakı Regional Mərkəzinin komandası olub.
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Rasim Əlizadə, Fəqan Şahbazov, Azad Lalayev və Nihat Əmirli, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi




































