Nida Xəbər
Bakı ilə Bişkekin müttəfiqlik münasibətləri olduqca əhəmiyyətlidir - Politoloq
Azərbaycan və Qırğızıstan arasındakı ikitərəfli münasibətlər bu gün ən yüksək səviyyədədir. Tarix boyu da ölkələr arasında bu qədər geniş inteqrasiya və möhkəm əməkdaşlıq zəmini olmayıb. Bakı ilə Bişkek münasibətlərinin artıq müttəfiqlik münasibətlərinin şahidi oluruq ki, bu da olduqca mühüm əhəmiyyət daşıyır. Çünki beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin müxtəlif formaları mövcuddur və müttəfiqlik ən yüksəksəviyyəli, sıx əməkdaşlıq və qarşılıqlı etimad anlamına gəlir.
Publika.az xəbər verir ki, bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, artıq Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib və görüşlər zamanı hər iki ölkənin liderləri Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf dinamikasından bəhs ediblər. Bu isə siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
"Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı mühüm proseslərdən xəbər verir. Azərbaycanın 2023-cü ildən etibarən bu platformada qonaq qismində iştirakı, 2025-ci ildən isə tamhüquqlu üzv kimi proseslərə qoşulması regionda artan rolunun göstəricisidir. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyaya daxil olmasa da, faktiki olaraq bu regionun ayrılmaz tərəfdaşlarından birinə çevrilib. Mərkəzi Asiyada gedən proseslərdə, ölkələrarası münasibətlərin inkişafında Azərbaycanın və Azərbaycan Prezidentinin xüsusi rolu var”, - deyə Z.Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, dünya sürətlə dəyişir, yeni geosiyasi və geoiqtisadi çağırışlar meydana çıxır. Məhz bu reallıqlar fonunda türk dövlətlərinin birgə fəaliyyətin əhəmiyyətini daha dərindən anlaması müsbət tendensiyadır. Çünki güclü əməkdaşlıq və ortaq mövqe milli maraqların müdafiəsi, regional sabitliyin təmin olunması və təhlükəsizlik çağırışlarına daha effektiv cavab verilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanla türk dövlətləri arasında münasibətlərdə müşahidə etdiyimiz proseslər yalnız görünən tərəfdir. Əslində isə daha dərin və strateji dəyişikliklər baş verir. Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyası istiqamətində mühüm mərhələdir. Şübhəsiz ki, Azərbaycan bu proseslərdə mühüm rol oynayır və bu, ölkəmiz və xalqımız üçün qürurverici amildir.(Azərtac)
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə











.jpg)




















.jpg)
.jpg)

.jpg)