İdman
Mourinyo “Benfika”dan niyə narazı qaldı?
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün təyinatından asılı olmayaraq, Lissabon klubunu tərk etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssisin gedişi dostyana ayrılıq da sayılmır. Bildirilir ki, “Benfika” rəhbərliyi Mourinyonun cümə axşamı yeni müqavilə təklifi aldığını açıq şəkildə bəyan etməsindən narazı qalıb. Təcrübəli çalışdırıcı həmin vaxt bildirmişdi ki, bazar günü keçiriləcək son oyuna qədər bu təklifi nəzərdən keçirməyəcək.
Öz növbəsində Mourinyo da klubun yeni müqavilə təklifini gecikdirməsindən narazı qalıb. O hesab edir ki, rəhbərlik yalnız “Real”ın ona maraq göstərməsindən sonra hərəkətə keçib.
Məlumatda qeyd olunur ki, hətta Florentino Peres prezident seçkilərində qalib gəlməsə belə, Mourinyo “Benfika”da qalmayacaq. Bununla belə, Peresin seçkilərdə məğlub olması ehtimalı çox aşağı qiymətləndirilir.
-
Nida Xəbər 10:40"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
MDB09:29Bu zavodlar bir ayda səkkiz dəfə vuruldu - "Flamingo" qorxusu
-
Maraq dünyası09:18"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu



















.jpg)


.jpg)




.jpg)








