İdman
Mbappe məşhur brendlə əməkdaşlığı dayandırır - Səbəb
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe diqqətini dünya çempionatına hazırlığa yönəltsə də, meydandan kənarda karyerası ilə bağlı mühüm qərar verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, “L’Equipe” nəşrinin məlumatına görə, futbolçu “Nike” ilə əməkdaşlığı dayandırmaq və adı hələ açıqlanmayan yeni bir şirkətlə tərəfdaşlığa başlamaq variantını nəzərdən keçirir. Bildirilir ki, Mbappe “Adidas”, “Under Armour” və “Puma” kimi tanınmış idman brendləri ilə əməkdaşlığı nəzərdən keçirmir.
Mənbənin yazdığına görə, fransalı futbolçunu cəlb edən model Maykl Cordanın “Nike” ilə əməkdaşlığından ilhamlanıb. Məhz həmin tərəfdaşlıq nəticəsində “Air Jordan” brendi yaradılmış və basketbol əfsanəsi şirkətin kommersiya inkişafında birbaşa iştirak edərək tarixdə ən çox qazanan idmançılardan birinə çevrilmişdi.
Məlumata əsasən, Mbappe yeni layihədə sadəcə sponsorluq müqaviləsi bağlayan idmançı olmayacaq. O, brendin inkişafında fəal rol oynayacaq, həmçinin şirkətin böyüməsi və gəlirlərindən pay alacaq.
Bu addım gələcəkdə dünya futbolunun aparıcı ulduzlarının kommersiya tərəfdaşları ilə münasibətlərinin qurulmasında yeni tendensiyanın başlanğıcı ola bilər.
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad


























.jpg)







