İdman
DÇ-2026-nın məşhur hakimi zədələndi
İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən 2026-cı il dünya çempionatındakı ilk oyununu buraxacaq.
Publika.az xəbər verir ki, FİFA-nın məlumatına görə, Oliver iyunun 14-də Filadelfiyada keçiriləcək Ekvador – Fildişi Sahili qrup mərhələsi görüşünü idarə edə bilməyəcək. Onun əvəzinə qarşılaşmanı fransalı hakim Fransua Leteksye idarə edəcək.
FIFA-da ümid edirlər ki, zədə Oliverin dünya çempionatındakı digər oyunlarda çalışmasına mane olmayacaq.
Oliver mundialda işləmək üçün seçilən altı ingiltərəli hakimdən biridir.
41 yaşlı referi 2010-cu ildən İngiltərə Premyer Liqasında oyunlar idarə edir. O, həmçinin 2022-ci il dünya çempionatının Xorvatiya ilə Braziliya arasında keçirilən 1/4 final qarşılaşmasının baş hakimi olub.
-
Art20:48"44" bədii filmi üzərində iş yekunlaşdı - FOTO
-
İdman20:07Konfrans Liqası: "Zirə" "Payde" ilə matçda hesabı açdı - YENİLƏNİR
-
Magazin220:00Evli kişi ilə eşq yaşaması iddialarına cavab verdi
-
İKT19:24"iPhone 16 Plus" rekord səviyyədə ucuzlaşdı
-
Rəsmi xronika16:33İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNDİ
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

















.jpg)















