Sosial
Taksi sürücülərinə xəbərdarlıq edildi: Bu fırıldağa uymayın!
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) taksi sürücüləri və xidmət sektorunda çalışanları hədəf alan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, fırıldaqçılar taksi sifarişi verərkən qeyddə ödənişi bank kartına köçürmə ilə edəcəklərini bildirirlər. Daha sonra onlar sürücü ilə əlaqə saxlayaraq guya pul köçürmək üçün bank kartının tam rekvizitlərini və SMS-lə gələn təsdiq kodunu istəyirlər.
Bu məlumatları əldə etdikdən sonra isə dələduzlar zərərçəkənin bank tətbiqinə daxil olaraq hesabdakı vəsaiti ələ keçirirlər.
Rusiya DİN bildirib ki, bu üsul yalnız taksi sürücülərinə deyil, istehlak xidmətləri sahəsində çalışan digər şəxslərə qarşı da tətbiq oluna bilər.
Qurum vətəndaşlara bank kartının nömrəsini, CVC kodunu, SMS təsdiq kodlarını və digər şəxsi məlumatlarını heç kimə verməməyi tövsiyə edib.
Müəllif: Adəm
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
