İdman
Dünya çempionatında danışılmış oyun olub? - Kuznetsovdan ŞOK İDDİA
Moskvanın MOİK (CSKA) klubunun və SSRİ yığmasının keçmiş futbolçusu Dmitri Kuznetsov Avstriya və Əlcəzairin dünya çempionatının üçüncü turunda heç-heçə etmək üçün razılaşdıqlarını ehtimal edib.
Publika.az xəbər verir ki, bu barədə "Rusfootball" məlumat yayıb.
"Əvvəlcədən razılaşma olmadan belə 3-3 hesablı heç-heçəyə inanmaq olarmı? Düşünürəm ki, bu məsələlər federasiya səviyyəsində həll olunur. Digər bir məsələ isə bunu oyunçulara necə çatdırmaqdır. Əlcəzair təsadüfən qol vuranda görünürdü, uşaqlar sevinc anında bir-birinə hər şeyi dedilər", - deyə Kuznetsov bildirib.
Oyun Kanzas-Sitidəki "Arrowhead Stadium"da keçirilib və 3:3 hesabı ilə başa çatıb. Avropalıların heyətində Marsel Sabitzer, Marko Arnautoviç və Saşa Kalayciç fərqlənib, afrikalıların qollarını isə dubl edən Riyad Mahrez və Rafik Belqali vurub.
Bu oyundan sonra avstriyalılar və əlcəzairlilər dörd xal toplayaraq dünya çempionatının 1/16 finalına uğurla vəsiqə qazanıblar.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasına qalib gələn Argentina yığmasıdır.
Hüseyn İbadlı
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…




































