İdman
London komandasının qapıçısı bu xalqın kralı seçildi
Cənub-şərqi Londondan olan həvəskar komanda “Se Dons”un qapıçısı və kapitanı, 36 yaşlı Corc Desmond Kamurasi Uqandadakı Tooro xalqının yeni kralı seçilib.
Publika.az xəbər verir ki, karyerası ərzində Kamuraşi İngiltərənin yarı-peşəkar və həvəskar klubları olan “Herne Bay”, “Kroydon” və “Aşford Yunayted”də oynayıb. Hazırda o, İngiltərənin doqquzuncu liqasında çıxış edən “Sea Dons”da oynayır.
“The Telegraph” qəzetinin məlumatına görə, Kamurasi 27 avqustda xərçəng müalicəsindən sonra vəfat edən əmisi oğlu Oyo Nyimba Kabamba İquru Rukidi IV-dən sonra hakimiyyətə gəlib. O, krallığa cəmi üç yaşında ikən, 1995-ci ildən rəhbərlik edirdi.
21 nəfərdən ibarət Kral İrs Komitəsi Kamuraşi yeni omukama – Tooro Kralı seçib. Rəsmi açıqlama gələn həftə gözlənilir.
Yeni statusuna baxmayaraq, Kamurasi futbolçu karyerasını davam etdirir. O, bu yaxınlarda “Se Dons” komandasının FA Kubokunda uğurlu debüt etməsinə və ikinci təsnifat mərhələsinə yüksəlməsinə kömək edib. Onun komandası “Erith Toun”u 2-0 hesabı ilə məğlub edib.
Tooro Krallığı Uqandanın qərbində yerləşir və ölkənin dörd ənənəvi krallığından biridir. Omukamanın mövqeyi siyasi deyil, əsasən mədəni əhəmiyyət kəsb edir.
Müəllif: Tural
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















