Pul
Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
2026-cı ilin sonuna qədər dollar təxminən 85 rubl, yuan isə təxminən 12,5 rubl ola bilər.
Publika.az xəbər verir ki, belə bir proqnozu Gazeta.ru-ya “SberInvestitsii”nin fond bazarı üzrə strateqi Dmitri Makarov verib.
“Avqust ayında təxminən 9 faiz düşmөdən sonra Rusiya valyutası iqtisadi cəhətdən əsaslandırılmış dəyərlərə yaxın səviyyədə sabitləşib. Rublun zəifləməsinə valyutaya olan mövsümi tələbatın artması, vergi və dividendlər ödənildikdən sonra ixracatçılar tərəfindən onun satışının azalması, eləcə də büdcə qaydası çərçivəsində əməliyyatlar səbəb olub. Sentyabrda vəziyyət bir qədər yaxşılaşıb: büdcə qaydası üzrə valyuta alışlarının həcmi 136 milyard rubldan 56 milyard rubla qədər azalıb. Ayın sonundakı vergi dövrü rubla əlavə dəstək göstərə bilər, bu dövrdə ixracatçılar adətən valyuta gəlirlərinin satışını artırırlar”, — deyə Makarov qeyd edib.
Onun sözlərinə görə, ixracın fiziki həcminin azalması hələlik xammalın yüksək qiymətləri ilə qismən kompensasiya olunur.
Makarov sentyabrın sonuna qədər məzənnənin cari dəyərlərə yaxın səviyyədə qalacağını gözləyir və vergi ödənişləri zamanı rublun mülayim şəkildə möhkəmlənməsinə yol verir. Bununla birlikdə, logistik problemlər səbəbindən ixracın azalması, geosiyasi gərginliyin artması və şirkətlər tərəfindən valyuta borclarının ödənilməsi təzyiqi gücləndirə bilər, deyə strateq xəbərdarlıq edib. Belə olan halda, dollar müvəqqəti olaraq 90–95 rubla qədər yüksələ bilər, deyə Makarov sözünü yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

