İdman
“Real”dan “Siti”yə sürpriz: Görün hansı futbolçusunu təklif edir
“Mançester Siti” “Real Madrid”dən Eduardo Kamavinqanı transfer etmək üçün sürpriz təklif alıb.
Publika.az xəbər verir ki, “Real”ın yeni baş məşqçisi Joze Mourinyonun ona güvənməyəcəyi bildirilir. Bu barədə Marca məlumat yayıb.
İngiltərə nəhəngi meydanın mərkəzini gücləndirəcək futbolçu axtarmağa davam etdiyi bir vaxtda, belə təklifin əhəmiyyətini qiymətləndirir.
“Mançester Siti” transferə razılıq verərsə, “Real Madrid” Kamavinqa üçün xeyli məbləğ ala bilər. Mourinyo əldə edilən gəlirdən mərkəz müdafiəçisi və yarımmüdafiəçi transfer etməyə ümid edir.
Daha əvvəl “kral klubu”nun 23 yaşlı fransız yarımmüdafiəçinin transferi üçün 70 milyon avro tələb edəcəyi bildirilmişdi .
Xatırladaq ki, Kamavinqa 2021-ci ilin yayından bəri “Real Madrid”də oynayır. O, 223 oyun keçirib (6 qol və 11 məhsuldar ötürmə) və komanda ilə 11 titul qazanıb.
Onun müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir və “Transfermarkt” Eduardonun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Müəllif: Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı


































