İdman
İngiltərədə çağırış: Argentinalı futbolçuları Premyer Liqadan qovun
Böyük Britaniya sabiq Baş naziri Marqaret Tetçerin keçmiş köməkçisi Nil Qardiner Premyer Liqada oynayan argentinalı futbolçuların iş vizalarının ləğv edilməsinə çağırıb.
Publika.az xəbər verir ki, Argentinanın 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində 2-1 hesablı qələbəsindən sonra meydana “Malvin adaları Argentinanıdır” yazısı olan banner çıxarması Britaniyada qəzəblə qarşılanıb. Qardiner sosial mediada yazıb: “Britaniya əleyhinə bu iyrənc nümayişdə iştirak edən Premyer Liqada oynayan bütün argentinalı futbolçuların iş vizaları ləğv edilməlidir. Buna qarşı heç bir tolerantlıq olmamalıdır”.
Argentinanın millisinin heyətində qapıçı Emiliano Martines (“Aston Villa”), müdafiəçilər Kristian Romero və Marko Senesi (hər ikisi “Tottenhem”), Lisandro Martines (“Mançester Yunayted”), yarımmüdafiəçilər Entso Fernandes (“Çelsi”) və Aleksis Mak Allister (“Liverpul”) oynayır.
Müəllif: Tural
-
Rəsmi xronika15:30İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
-
Avropa15:07Epşteyn qalmaqalına görə işdən qovuldu: Görün nə qədər təzminat aldı - Britaniyada ŞOK
-
Dünya13:56Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA
-
Nida Xəbər 11:54Baş nazir qərar imzaladı
-
Hadisə11:20Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
-
Dünya11:14HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt
-
ABŞ10:31Trampı dayandırmaq üçün hərəkətə keçdilər: ABŞ Senatında bomba qalmaqalı
-
Dünya10:17Rusiya-Ukrayna müharibəsinin böyük qazananı: Bu ölkə milyardlar əldə etdi

























.jpg)











