İdman
Dünya çempionatının finalı ərəfəsində olay - Nyu-Yorkda uçuş məhdudiyyətini pozan təyyarə...
ABŞ-ın F-16 qırıcıları futbol üzrə dünya çempionatının final oyunu öncəsi Nyu-York və Nyu-Cersi ştatları üzərində tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətlərini pozan təyyarəni ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) məlumat yayıb.
Hadisə iyulun 17-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:18-də baş verib. Ümumi aviasiyaya məxsus təyyarə müvəqqəti uçuş məhdudiyyətlərinin tətbiq olunduğu zonaya daxil oduqdan sonra F-16 qırıcıları onu təhlükəsiz şəkildə həmin ərazidən çıxarıb.
NORAD bundan əvvəl uçuş məhdudiyyətləri barədə məlumat yaymışdı. Bildirilirdi ki, 19 iyulda Nyu-Cersi ştatında keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ilə əlaqədar uçuş məhdudiyyətləri 17–19 iyul tarixlərini əhatə edəcək.
Qeyd edək ki, finalda Argentina və İspaniya milli komandaları qarşılaşacaq.
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB8 Sentyabr 15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq




















.jpg)




.jpg)



.png)




