İdman
Messinin inanılmaz statistikası
Argentina 2026-cı il Dünya Kubokunun finalına yüksəlib və çempion kimi titulunu qoruyacaq.
Publika.az xəbər verir ki, komandanın uğurunun əsas amillərindən biri də son iki Dünya Kubokunda inanılmaz nəticə göstərən Lionel Messi olaraq qalır .
39 yaşlı Messi 2022 və 2026-cı illər Dünya Kuboklarında ümumilikdə 14 oyun keçirib və onlardan yalnız birində – Qətərdə keçirilən Dünya Kubokunda Polşaya qarşı qrup mərhələsi matçında qol vura bilməyib.
2022-ci il Dünya Kubokunda Messi Səudiyyə Ərəbistanına qol vurub, Meksikaya qol vurub və məhsuldar ötürmə edib, Avstraliyaya qol vurub, Niderlanda qol vurub və məhsuldar ötürmə edib, Xorvatiyaya qol vurub və məhsuldar ötürmə edib, finalda Fransaya iki qol vurub.
2026-cı il Dünya Kubokuna Messi Əlcəzairlə oyunda het-triklə başladı, daha sonra Avstriyaya iki qol vurdu, İordaniya, Kabo-Verde ilə oyunların hər birində 1 qol vurdu, Misirlə oyunda qol vurdu və məhsuldar ötürmə etdi, İsveçrə ilə oyunda məhsuldar ötürmə etdi və İngiltərə ilə oyunda iki məhsuldar ötürmə etdi. Fantastik nəticədir.
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB8 Sentyabr 15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq




















.jpg)




.jpg)



.png)




