İdman
Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gəlir
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeş dəstəyindən məhrum olacaq.
Ağdam təmsilçisindən Publika.az-a bildirilib ki, Sofiya klubu Bakıya azarkeşsiz gələcək. Buna Avropa Liqasının I təsnifat mərhələsinin “Derri Siti” ilə cavab görüşündə bolqarıstanlı fanatların intizamsız davranışı səbəb olub.
Nəticədə UEFA Sofiya təmsilçisinin azarkeşlərinin növbəti səfər oyununda iştirakına qadağa qoyub.
Xatırladaq ki, “Qarabağ”la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Sofiyada keçiriləcək.
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi




































