İdman
“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.
Publika.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.
Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
xxx
20:52
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0.
45-ci dəqiqədə Velko Simiç fərqlənib.
Bununla da Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb.
xxx
20:12
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq













.jpg)











.jpg)


.jpg)




.png)




