İdman
Modriç "Milan"la yenidən anlaşır
Xorvatiyalı futbolçu Luka Modriç İtaliyanın "Milan" klubu ilə yeni müqavilə bağlamağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, tərəflər arasında imzalanacaq yeni sözləşmə qısamüddətli olacaq.
40 yaşlı yarımmüdafiəçi ötən mövsümdən "Milan"ın formasını geyinir. O, 2012–2025-ci illərdə İspaniyanın "Real" klubunun şərəfini qoruyub. Modriç Madrid təmsilçisinin heyətində altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.
2018-ci ildə "Qızıl top" mükafatına layiq görülən təcrübəli futbolçu karyerası ərzində İngiltərənin "Tottenhem", Xorvatiyanın "Dinamo" və "İnter Zapreşiç", həmçinin Bosniya və Herseqovinanın "Zrinski Mostar" klublarında da çıxış edib.
Modriç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il mundialının isə bürünc mükafatını qazanıb. 2026-cı il dünya çempionatı onun futbolçu karyerasında iştirak etdiyi beşinci mundial olub.
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq













.jpg)











.jpg)


.jpg)




.png)




