İdman
Mauro İkardi "Qalatasaray"dan küsüb: Mənə edilənlərə layiq deyildim
“Qalatasaray”la yollarını ayıran Mauro İkardinin klub rəhbərliyinə küskün olduğu iddia edilib.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatına görə, argentinalı hücumçu həm ayrılıq tərzinə, həm də aldığı təklifə görə rəhbərlikdən narazıdır.
“Qalatasaray” rəhbərliyi avqustun 2-də RAMS Park stadionunda “Renn” klubu ilə keçiriləcək oyun öncəsi İkardiyə vida mərasimi təşkil etməyi təklif edib. Lakin futbolçunun bu təklifə hələlik cavab vermədiyi bildirilir.
İkardinin yaxın çevrəsinə “Mənə edilənlərə layiq deyildim. Prezident və məşqçidən çox incidim” dediyi iddia olunur.
Qeyd edək ki, 32 yaşlı futbolçu “Qalatasaray” forması ilə 134 oyunda 77 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. İkardi bu göstərici ilə Georgi Hacini geridə qoyaraq klub tarixinin ən çox qol vuran əcnəbi futbolçusu olub.
Müəllif: Roza
-
MDB09:21Moskva gecə boyu PUA hücumuna məruz qaldı - Böyük dağıntı, yaralılar var
-
Magazin209:00Tupak Şakurun qətlinin sirri 30 il sonra açılır - Məhkəmə başladı
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə
-
Ekopublika.az07:15Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
-
Magazin205:45Appendisitə görə xəstəxanaya yerləşdirildi, şiş aşkarlandı - Məşhur müğənni son vəziyyətini açıqladı
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
ABŞ02:18Bu, 30 gün ərzində başlaya bilər - Trampın kürəkəni elan etdi
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir




































