İdman
Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıblar.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matvey Bednı “Facebook” səhifəsində məlumat verib.
“Ukrayna üçün beynəlxalq idman və diplomatik səhnədə mühüm qələbə! Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərini – Deqtyarev və Dvorkoviçi sanksiya siyahısına əlavə edib.
Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev açıq şəkildə Ukraynaya qarşı müharibəni dəstəkləyir. Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi Kremlin maraqlarını müdafiə edir. Hər iki şəxs mövqelərindən davamlı olaraq təcavüzkar dövlətin hekayələrini təbliğ etmək və Rusiyanı qlobal idmanda legitimləşdirmək üçün istifadə edirlər.
Onların Aİ-nin sanksiya siyahısına daxil edilməsi Kreml rəsmilərinin və onların lobbiçilərinin sivil idman icmasında yerinin olmadığını təsdiqləyir. Müharibə dövründə idman beynəlxalq hüquqdan ayrı mövcud ola bilməz”, – Bidni yazıb.
Dvorkoviçin Avropa Birliyinin sanksiyalarına məruz qalması ehtimalı iyunun əvvəlində bildirilmişdi. O, bu vəzifəni 2018-ci ildən bəri tutur və yenidən namizədliyini irəli sürmək hüququna malikdir. 2023-cü ilə qədər prezidentlik müddəti iki dörd illik müddətlə məhdudlaşdırılmışdı, lakin bu qaydalar ötən ilki Baş Assambleyada ləğv edildi.
FİDE prezident seçkilərinin tarixi əvvəlcədən müəyyən edilmişdi və bundan sonra Dvorkoviç vəzifəsini itirə bilər.
Müəllif: Tural
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə
-
Ekopublika.az07:15Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
-
Magazin205:45Appendisitə görə xəstəxanaya yerləşdirildi, şiş aşkarlandı - Məşhur müğənni son vəziyyətini açıqladı
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
ABŞ02:18Bu, 30 gün ərzində başlaya bilər - Trampın kürəkəni elan etdi
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi




































