İdman
Klopp təyinatından dərhal sonra jurnalistlərə çağırış etdi: Belə etsəniz, gedəcəm
Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra fikirlərini bildirib.
Publika.az xəbər verir ki, Klopp Almaniya yığmasının onun məşqçilik karyerasında son iş yeri olacağını deyib.
“Məni görmək istəməyəcəyiniz gün heç bir kompensasiya tələb etmədən gedəcəm. Sabah mənim yaxşı olmadığımı desəniz, gedəcəm. Amma bunu yalnız bir nəfər deyil, ictimaiyyət deməlidir.
Almaniya Futbol Assosiasiyası mənim yaxşı olmadığımı desə, gedəcəm. Əgər siz jurnalistlər özünüzü pis aparsanız və ailəmi rahat buraxmasanız, gedəcəm.
Əgər nəsə işləmirsə, məni tənqid edin. Bunun üzərində işləməkdən məmnunam. Əsas məsələ işdir. Milli komandadan sonra karyeramın davam edəcəyini düşünmürəm. İdeal olaraq, bu, karyeramın zirvəsidir”, – deyə Klopp bildirib.
Almaniya Futbol İttifaqı Kloppla 20230-cu ilə qədər müqavilə bağlayıb.
Müəllif: Tural
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
























.jpg)

.jpg)





.png)




