İdman
“Real”ın ulduzunun hələ doğulmayan övladının adı müzakirə yaratdı
“Real Madrid” və Braziliya millisinin hücumçusu Endrik və həyat yoldaşı, bloqçu Qabriela Miranda San-Pauloda ilk övladlarının dünyaya gəlməsini qeyd etmək üçün şənlik keçiriblər.
Publika.az xəbər verir ki, tədbir zamanı gələcək valideynlər ilk dəfə oğullarının adını açıqlayıblar.
Cütlüyün təxminən 120 qohumu və dostunun qatıldığı şənlikdə qonaqların diqqəti körpənin adının – Kendrikin – həkk olunduğu dekorativ lövhəyə çəkilib. Bu detal tezliklə sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
İstifadəçilər bu ad seçiminin amerikalı reper Kendrik Lamarla əlaqəli ola biləcəyini ehtimal edirdilər. Bəziləri qərarı orijinal adlandırsa da, digərləri zarafatla oğlanın “artıq səhnə adı ilə doğulacağını” qeyd ediblər. Endrik və Qabrieli özləri niyə məhz bu adı seçdiklərini izah etməyiblər.
Qabriela Mirandanın hamiləliyi bu ilin aprel ayında elan edildi. Cütlük ilk uşaqlarını gözlədiklərini açıqladılar və daha sonra oğlan övladlarının olacağını öyrəndikdən sonra cinsiyyət açıqlaması məclisi keçirdilər. İndi cütlük rəsmi olaraq uşağın adını təsdiqləyib.
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
























.jpg)

.jpg)





.png)




