İdman
Ölkə çempionatı və kuboku başa çatdı
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatı və kuboku yarışları başa çatıb.
Publika.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində bir neçə gün davam edən yarışlarda U15, U18 və böyüklər kateqoriyaları üzrə ölkənin güclü oxatanları mübarizə aparıblar.
U15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl, Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medal qazanıblar.
U18 kateqoriyasında Sümeyyə Bədəlli və Sərdar Vəliyev birinci, Şəms Heybətova və Zahid Kazımzadə ikinci, Zəhra Carçılı və Hüseyn Məhərrəmov isə üçüncü yeri tutublar.
Böyüklər arasında Fatimə Hüseynli və Nurlan Rəhimli ölkə çempionu adını qazanıblar. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş, Svetlana Simonova və Morozeviç Amiran isə bürünc medala layiq görülüblər.
Yarışların sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medal və mükafatlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kamandan Oxatma Federasiyasının və "Target Archery Club"ın nümayəndələri tərəfindən təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra ölkə çempionatı və kuboku rəsmi olaraq başa çatıb.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər


















.png)





.jpg)











