İdman
Mendeş o hadisəni unutmamışdı, Neymarın əli havada qaldı - FOTO
Braziliya çempionatında “Vasko da Qama” – “Santos” oyunu (0:3) hələ başlamazdan əvvəl gərginliyi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, ənənəvi əl sıxma zamanı “Vasko da Qama”nın kapitanı Tiaqo Mendeş “Santos”un ulduzu Neymarla əl sıxmaqdan imtina edib.
Neymar ona əlini uzatsa da, Mendeş görüşməkdən imtina edib. Onun bu hərəkəti Neymarı təəccübləndirib. İki klub arasında fevral ayında keçirilən oyunda Neymar “Santos”un heyətində 151-ci qolunu vuraraq bütün zamanların ən yaxşı on bombardiri siyahısına daxil oldu. Hücumçu “Vasko da Qama” azarkeşlərinin tribunasının önünə qaçaraq onları susdurmaq üçün barmaqlarını yellədi. Daha sonra künc bayrağının yanın vaçdı və Vinius Junior üslubunda rəqs etdi.
Bu, Tiaqo Mendesi qəzəbləndirdi və o, Neymara tərəf qaçaraq qışqırmağa başladı. Daha sonra o, hücumçunun başına işarə etdi, Neymar isə onu tutdu və yerə yıxıldı, baxmayaraq ki, toxunuş olmamışdı. Hər iki oyunçu sonda sarı vərəqə aldı.


-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






























