İdman
“Real” gənc futbolçusunu sataraq rekord müəyyənləşdirdi
Madridin “Real” klubu 20 yaşlı hücumçu Hakobo Orteqanı Fransanın “Strasburq” klubuna 10 milyon avroya satıb.
Publika.az xəbər verir ki, bu, “Kral klubu”nun əsas komandasında heç bir matç keçirməmiş yetirməsinin transferi üçün rekord məbləğdir. Bununla belə, “Real” futbolçunun hüquqlarının 30 faizini özündə saxlayacaq.
“Strasburq” əvvəlcə futbolçunun hüquqlarının yarısı üçün 8 milyon avro təklif etmişdi.
Orteqa “Real”ın gənclər komandalarında çıxış edib. Futbolçu 2018-ci ildə 12 yaşında “Kral klubu”nun sisteminə qoşulub və akademiyada səkkiz mövsüm keçirib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj




























