İdman
Tətil kabusa çevrildi: Futbolçu komaya düşdü
İtaliyanın “Kalyari” klubunun 20 yaşlı futbolçusu Yael Trepi Porto Çervodakı hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, Trepi cümə günü İtaliya Kubokunda “Arezzo”ya qarşı keçirilən oyunda start heyətində meydana çıxıb. Bundan sonra komanda iki günlük istirahətə buraxılıb və futbolçu həftəsonu tətili zamanı bu bədbəxt hadisə ilə üzləşib.
İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin ilkin məlumatına görə, Trepi hovuzun dərinliyində qəfil dəyişikliklə qarşılaşıb. Yaxşı üzə bilmədiyi üçün ciddi çətinlik yaşayan futbolçu huşunu itirib.
O, qısa müddətdə sudan çıxarılıb və təcili tibbi yardım üçün helikopterlə Sassari xəstəxanasına çatdırılıb. Burada süni tənəffüs aparatına qoşulub.
Döş qəfəsinin kompüter tomoqrafiyası futbolçunun ağciyərlərində böyük miqdarda maye toplandığını göstərib. Bu vəziyyət oksigen mübadiləsini çətinləşdirib.
Həkimlər Trepini intensiv terapiya şöbəsində süni komaya salmaq qərarına gəliblər. Məqsəd onun vəziyyətini nəzarətdə saxlamaq, əlavə əziyyətin qarşısını almaq və lazımi müalicənin aparılmasına şərait yaratmaq olub.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj




























