İdman
Qardi Reşfordu Türkiyəyə gətirir?
“Qalatasaray”da hücum xəttini gücləndirmək üçün aparılan transfer çalışmaları sürətlənib.
Publika.az xəbər veruir ki, bu dəfə “Mançester Yunayted”in ingiltərəli ulduzu Markus Reşford İstanbul klubuna təklif olunub. Daha əvvəl bir çox mühüm transferdə “Qalatasaray”la əməkdaşlıq edən menecer Corc Qardinin ulduz futbolçunu İstanbula gətirə biləcəyini klub rəhbərliyinə bildirdiyi öyrənilib.
Son dörd mövsümdə Türkiyə Super Liqasında çempionluğu heç kimə güzəştə getməyən “Qalatasaray” yeni mövsümə gözlənilməz nəticə ilə başlayıb. İstanbul təmsilçisi doğma meydanda “Çorum” ilə heç-heçə edib və bundan sonra tribunlardan klub rəhbərliyinə qarşı etiraz səsləri yüksəlib.
Azarkeşlərin xüsusilə transfer siyasətinə görə rəhbərliyi tənqid etməsindən sonra “Qalatasaray” çalışmalarını sürətləndirib. Baş məşqçi Okan Burukun da hücum xəttinə mütləq yeni futbolçu istədiyini rəhbərliyə çatdırdığı bildirilib.
Aleksey Batrakovun transferində mühüm irəliləyiş əldə edən “Qalatasaray”ın gündəminə daha bir sürpriz ulduz gəlib. Menecer Corc Qardinin “Mançester Yunayted”də gələcəyi qeyri-müəyyən olan Markus Raşfordu İstanbul klubuna təklif etdiyi bildirilib.
Ötən illərdə “Qalatasaray”ın həyata keçirdiyi bir çox ulduz transferində fəal rol oynayan Gardinin münasib şərtlərin yaranacağı təqdirdə Raşfordun transferini reallaşdıra biləcəyini klub rəhbərliyinə çatdırdığı qeyd olunub.
Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən ingiltərəli futbolçu Kataloniya klubunda diqqətçəkən performans nümayiş etdirib. Reşford 49 oyunda meydana çıxaraq 14 qol vurub və 14 məhsuldar ötürmə edib. Beləliklə, o, ümumilikdə 28 qola birbaşa töhfə verib.
İcarə müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”ə qayıdan ulduz futbolçunun İngiltərə klubundakı gələcəyi isə hələlik bəlli deyil.
“Qalatasaray”da Markus Reşford variantı gündəmə gəlsə də, sol cinah üçün əsas hədəfin dəyişmədiyi bildirilir. Sarı-qırmızılıların prioritetinin Rafael Leao olduğu, Raşfordun isə alternativ ulduz namizədlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunur.
Transfer pəncərəsinin qalan hissəsində “Qalatasaray”ın hücum xəttinə hansı futbolçunu cəlb edəcəyi sarı-qırmızılı azarkeşlərin ən çox maraq göstərdiyi məsələlərdən biri olaraq qalır.
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 30 Sentyabr 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır






.webp)











.jpg)






.jpg)









