İdman
Premyer Liqa: “Qarabağ” “Şamaxı”nı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun sonuncu oyunu keçirilib.
Publika.az xəbər verir ki, turun bağlanış matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı” ilə üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qol 28-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Renaldo Sefas tərəfindən vurulub. “Şamaxı” 43-cü dəqiqədə Edqar Adilxanovun qolu ilə hesabı bərabərləşdirib. Bundan sonra qonaqların futbolçusu Rikardo Apolinario avtoqolla “Qarabağ”ı yenidən önə keçirib. Qarşılaşmada son qolu isə 85-ci dəqiqədə Aleksey Kaşuk vurub.
Beləliklə, “Qarabağ” I turu 3:1 hesablı qələbə ilə tamamlayıb.
Turun digər oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj




























