İdman
“Real”ın keçmiş ulduzu “Barselona”nın qərarına inanmır: “Başa düşə bilmirəm”
İspaniya millisinin və “Real Madrid”in keçmiş qapıçısı Santi Kanisares “Barselona”nın hücumçusu Ferran Torresi 50 milyon avro qarşılığında PSJ-uə satmaq qərarını tənqid edib.
Publika.az xəbər verir ki, İspaniyanın “Sport” qəzetinin məlumatına görə, Kanisares Torresin komandadan ayrılmasına etirazını bir daha bildirib. O, “Barselona”nın futbolçunu vaxtilə transfer etməklə düzgün qərar verdiyini, lakin Torres karyerasının ən yaxşı dövrünə qədəm qoyduğu və fərq yarada biləcəyini sübut etməyə başladığı vaxt onu satmaqla səhvə yol verdiyini vurğulayıb.
“Barselona” bu yay transfer bazarında fəal olub. Kataloniya klubu Entoni Qordon, Kərim Adeyemi və Xesus Bauçia kimi futbolçuların transferlərini reallaşdırıb. Klub həmçinin Rodri və Joao Kanselonu heyətinə qatmaq üçün danışıqları davam etdirib, əsas hücumçu axtarışında isə argentinalı Xulian Alvaresi prioritet hədəf kimi müəyyənləşdirib.
Bu müddətdə “Barselona”nın heyətində də bir sıra dəyişikliklər baş verib. Ansu Fati, Yan Verduqo və İnyaki Penya komandadan ayrılıb, Ronald Arauxo və Mark-Andre ter Ştegen isə icarəyə göndərilib. Lakin Ferran Torresin PSJ-yə transferi Kanisares üçün ən mübahisəli qərar olaraq qalır.
İspaniyalı keçmiş qapıçı Torresin karyerasının çətin başlanğıcını xatırladıb. Onun sözlərinə görə, “Valensiya”dan İngiltərə futboluna keçid futbolçu üçün ciddi sınaq olub. Xüsusilə güclü komandanın heyətinə uyğunlaşmağın çətinliyi Torresin oyunlardakı çıxışına və özünəinamına təsir edib.
Kanisares hesab edir ki, “Barselona”nın Torresə güvənməsi düzgün qərar idi, lakin klub bu əməkdaşlığa son qoymaq üçün yanlış zamanı seçib.
“Barselona” onu ağıllı şəkildə transfer etdi və “Barselona”ya uyğunlaşmaq çətindir. Nəhayət, o uyğunlaşır, nəhayət parlayır, karyerasının ən yaxşı dövrünü yaşayır, finalda qol vurur və indi onu satmağın vaxtı gəlir. Halbuki tam əksini etmək lazım idi”, deyə Kanisares bildirib.
Keçmiş qapıçı 50 milyon avroluq transfer məbləğinin Torresdən imtina etmək üçün kifayət qədər əsas olduğuna əmin deyil. O, “Barselona”nın bu məbləğə bazarda eyni səviyyədə və etibarlı hücumçu tapa biləcəyini də şübhə altına alıb.
“Onu pulsuz buraxmayın, amma 50 milyon avro da hədiyyə deyil. O, qol vuran hücumçudur. Bazara çıxın və bu pulla nə əldə edə biləcəyinizə baxın”, deyə o qeyd edib.
Kanisares Torresin transferinə münasibətinin yeni olmadığını və bütün yay ərzində bu qərarı tənqid etdiyini vurğulayıb.
“Mən bütün yay boyu bu sözləri təkrarladım və bunu başa düşə bilmirəm”, deyə keçmiş qapıçı əlavə edib.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş















.jpg)



















