İdman
Ötən mövsüm Avropa Liqasını qazanan heyət dağıldı
İngiltərənin “Aston Villa” klubunun ötən mövsüm Avropa Liqasını qazanan heyəti ciddi şəkildə dəyişir. Birmingem təmsilçisi maliyyə qaydalarına görə əsas futbolçularının bir qismini satmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, klub may ayında “Frayburq”u məğlub edərək 30 illik kubok həsrətinə son qoysa da, həmin finalda meydana çıxan əsas heyətin yarıdan çoxu artıq komandadan ayrılmaq üzrədir. Son olaraq Ezri Konsanın 51 milyon funt-sterlinqə “Arsenal”a keçidi gündəmə gəlib.
Yay transfer pəncərəsində Yuriy Tilemans və Morqan Rocers də “Villa”nı tərk edib. Rocersin 117 milyon funt-sterlinqə “Çelsi”yə keçidi ingilis futbolçular arasında rekord transfer olub. Lukas Din isə PSJ-yə satılıb.
Bundan başqa, qapıçı Emiliano Martinesin gələcəyi də qeyri-müəyyəndir. Onun “Yuventus”a keçidi baş tutmayıb, klub isə artıq yeni qapıçı Zion Suzukini transfer edib. “Əl-Hilal”ın isə Ollie Uotkins üçün yenidən təklif göndərməsi gözlənilir.
Satışların səbəbi maliyyə qaydalarıdır
“Aston Villa”nın bu qədər futbolçu satmasının əsas səbəblərindən biri UEFA-nın maliyyə tələbləridir. Klub son iki ildə bu qaydaları pozduğuna görə ümumilikdə milyonlarla funt cərimələnib.
UEFA-nın heyət xərcləri nisbətinə dair qaydaları klubların futbol gəlirlərinin müəyyən hissəsindən artıq vəsaiti maaşlara, transferlərə və agent haqlarına xərcləməsinə imkan vermir.
“Villa” son illərdə böyük transfer gəlirləri əldə edib. Jhon Duran, Duqlas Luis, Ceykob Remsi və Musa Diabinin satışlarından klub 200 milyon funtdan çox qazanıb. Bu yay isə Konsanın transferi də reallaşarsa, əldə olunan gəlir təxminən 212 milyon funt olacaq.
Morgan Rocersin 117 milyon funt-sterlinqə satılması isə klubun maliyyə qaydalarına uyğunlaşması baxımından xüsusilə əhəmiyyətli olub.
Emerinin qarşısında çətin vəzifə
Bütün itkilərə baxmayaraq, klubda nikbinlik qalır. Unai Emeri “Aston Villa”nı 2022-ci ildə 14-cü pillədə qəbul etdikdən sonra komandanı mərhələli şəkildə Avropanın iddialı klublarından birinə çevirib.
Klub bu yay daha gənc futbolçulara üstünlük verir. Joao Qomeş, Zion Suzuki və Matteo Ruggeri transfer olunub. 20 yaşlı Johan Manzambi isə “Aston Villa”nın rekord transferinə çevrilib. Bundan başqa, “Çelsi”dən Alejandro Qarnaço icarəyə götürülüb.
17 yaşlı Brayan Madjo da böyük ümidlər yaradır. Gənc hücumçu PSJ ilə Super Kubok matçında debütündə qol vurub.
Komandanın kapitanı Con Makqinn isə Emerinin klubda qalmasının əsas üstünlüklərdən biri olduğunu düşünür. Onun sözlərinə görə, “Aston Villa”da struktur və yüksək standartlar qorunub.
Bununla belə, əsas yük yenidən Emerinin üzərinə düşəcək. Klubun Avropa Liqasını qazanan heyətinin böyük hissəsinin dağılmasından sonra yeni komanda qurmaq ispan mütəxəssisin ən böyük sınaqlarından biri olacaq.
“Aston Villa”nın qarşısında əsas sual budur: Emeri bu dəfə də məhdud resurslarla komandanı əvvəlki səviyyədə saxlaya biləcəkmi?
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?


































