İdman
CONCACAF prezidentindən İnfantinoya məktub: Turnirə gəlmə!
Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (CONCACAF) prezidenti Viktor Montalyani FİFA prezidenti Canni İnfantinoya məktub göndərərək Dominikan Respublikasında keçirilən Karib Futbol İttifaqının 14 yaşadək futbolçular arasında turnirinə gəlməməsini istəyib.
Publika.az xəbər verir ki, “Sky News”un məlumatına görə, Montalyani bu xahişini İnfantinonun iştirakının qlobal futbol idarəçiliyindəki böhran fonunda gənclər yarışlarından yayındıra biləcəyi ilə izah edib.
KONKAKAF prezidenti məktubunda bildirib: “Futbol naminə iştirakınızı yenidən nəzərdən keçirməyinizi hörmətlə xahiş edirəm, çünki bu, təəssüf ki, tədbirin idman mahiyyətini sarsıdacaq”.
İnfantino Dünya Kuboku ilə bağlı kommersiya layihəsinə özəl investorları cəlb etmək planları məlum olmamışdan əvvəl yarışa dəvət olunmuşdu. FİFA prezidenti artıq Dominikan Respublikasına gedib və orada onu yerli rəsmilər qarşılayıb.
Daha əvvəl bildirilmişdi ki, KONCACAF Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə UEFA Millətlər Liqası modelinə uyğun vahid turnir yaratmaq üçün danışıqlar aparır.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?



































