İdman
Rusiyalı şahmatçıları Səmərqəndə buraxmadılar
Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının rusiyalı şahmatçıların Olimpiadada iştirakına icazə vermədiyini bildirib.
Publika.az xəbər verir ki, Tkaçev bu barədə TASS-a bildirib:
“Komandalarımız Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Bu qərar idarə heyəti tərəfindən FİDE prezidenti vəzifəsini icra edən Vişvanatan Anandın təşəbbüsü ilə qəbul edilib. Xoşbəxtlikdən, oyunu siyasətdən üstün tutan və öz karyeraları barədə narahat olmayan insanlar da var. Lakin şəxsi maraqlara üstünlük verən insanlar da var və onlar hazırda idarə heyətinin əksəriyyətini təşkil edirlər. Bu dəfə onlar qalib gəldilər”.
Şahmat Olimpiadası 16-27 sentyabr tarixlərində Səmərqənddə keçiriləcək. Rusiya şahmatçıları ardıcıl üçüncü dəfə Olimpiadanı buraxacaqlar. Onlar əvvəllər 2022 və 2024-cü il yarışlarını buraxmışdılar.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?















.jpg)



















