İdman
"Brent" markalı neft kəskin ucuzlaşdı
“Brent” markalı neftin bir barelinin qiyməti 86 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə hərrac məlumatlarında qeyd edilib.
Bildirilib ki, Bakı vaxtı ilə saat 00:06-ya olan vəziyyətə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti əvvəlki qapanışla müqayisədə 4,75% azalaraq bir barel üçün 85,79 dollar təşkil edib. Beləliklə, göstərici avqustun 14-dən bəri ilk dəfə 86 dollardan aşağı enib.
Bununla yanaşı, WTI markalı neftin oktyabr fyuçersləri 4,17% ucuzlaşaraq bir barel üçün 80,84 dollara düşüb.
Avqustun 23-də “Financial Times” qəzeti “Kpler” analitik şirkətinin məlumatlarına istinadla Hindistanın Rusiya neftinin alışını tarixi maksimuma çatdırdığını xəbər verib.
Analitiklərin məlumatına görə, fevral ayında Hindistan sutkada təxminən 1 milyon barel Rusiya nefti idxal edib. İyun və iyul aylarında bu göstərici sutkada 2,6 milyon bareli ötüb. “Kpler”də vurğulayıblar ki, bu həcm ölkənin ümumi xammal idxalının yarısından çoxunu təşkil edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi

































