İdman
O danışanda hamı susur, Argentina prezidenti də: Messi haqda sitatlar
Lionel Messi təsirli bir məktub dərc edərək Argentina millisi ilə vidalaşdı.
Messi karyerası ərzində Dieqo Maradonadan Niko Pasa qədər bir çox məşhur məşqçi və futbolçularla çalışıb.
Publika.az Messi haqda bu məşhurların 20 məşhur sitatını təqdim edir:
Dieqo Maradona: Argentina futbolunda varisim olacaq oyunçunu görmüşəm və onun adı Lionel Messidir. Messi dahidir. O, futbolun gözəlliyini ustalıqla nümayiş etdirir. Onun dünyada heç bir oyunçuda olmayan xüsusi bir xüsusiyyəti var”.
Xuan Rikelme: “O, dünyanın ən yaxşısı olmaq, nəyə çevrilməli olduğunu anlamaq üçün ildən-ilə özünü yenidən kəşf edirdi. Etdiyi şey qeyri-mümkün idi”.
Xose Pekerman, Messinin Argentina millisindəki ilk məşqçisi: “Onun peyda olması gözlənilməz idi, sanki qəfil işıq parıltısı kimi. Onu dayandırmaq mümkün deyildi. Mən həmişə onun daxili gücünə əmin olmuşam”.
Alexandro Sabella, 2011-2014-cü illərdə Argentina millisinin baş məşqçisi:
“Messi kimdir? Messi Pikassodur, Mikelancelodur. O, futbolu incəsənət səviyyəsinə qaldırır”.
Xorxe Sampaoli 2017-2018-ci illərdə Argentina millisinin baş məşqçisi:
“O, təkbaşına oynayır. Harada olmalı olduğunu bilir. Əminəm ki, dünyada heç bir məşqçi ona harada yerləşməli olduğunu deyə bilməz”.
Qabriel Haynts: “Leonu izah etmək mümkün deyil: futbol baxımından o, bu planetdən deyil, amma bir insan kimi o qədər sakit bir həyat sürür ki, bu, təqdirəlayiqdir”.
Kalos Teves: “Messi fərqli bir idman növü ilə məşğul olur. O, fərqli bir tempdə çalışır. İstədiyini, istədiyi vaxt edir”.
Xavyer Maskerano: “Komanda daxilində o, əla lider, əsl kapitandır. Bəziləri bu keyfiyyətləri ictimaiyyət qarşısında nümayiş etdirir, bəziləri isə yox. Onun sadəcə buna ehtiyacı yoxdur”.
Xavyer Pastore: “Argentina xalqının Messini qəbul etməsi üçün Amerika Kubokunu qazanmaq vacib idi. O, həmişə dünyanın ən yaxşısı olub, amma uzun müddətdir ki, Argentinada heç kim belə hiss etməyib. O, bir müddət milli komandada çox əziyyət çəkib və bizə özünü bir yük kimi hiss etdiyini deyib. Biz ona, getsə, hamımızın getməli olduğunu dedik.
Leandro Parades: “Bir insan olaraq, o, çox sakit, çox gizlidir və yalnız lazım olduğu qədər danışır. Bu, vacib bir keyfiyyətdir”.
Lukas Biqlia: “Onun xüsusi bir xarakteri var: çox introvertdir, az danışır, amma gözəl bir keyfiyyətə malikdir – həmişə düzgün sözləri tapır”.
Rodriqo de Paul, Messinin mühafizəçisi: “Messi elə bir kapitandır ki, istəsəydi, onunla döyüşə gedərdim”.
Emilyano Martines: “Messi danışanda hamı susur. Tamamilə hamı: məşqçi, Argentina prezidenti – yaxınlıqda olan hər kəs. Hamı sadəcə susur”.
Kristian Romero: “O, bizim kapitanımızdır. O, sizə hər gün nəsə öyrədən, yol göstərən adamdır – və təkcə futbol haqqında deyil”.
Lisandro Martines: “Milli komandaya ilk dəfə qoşulanda bu, bir yuxu kimi idi. Hətta Leo ilə danışmaqdan belə qorxurdum”.
Markos Rojo: “O, həmişə özünü hamı ilə eyni səviyyəyə qoyur, o, bizdən biridir”.
Pablo Aymar: “O, bir epizodun növbəti üç və ya dörd davamını saniyənin mində birində hesablamaq kimi qəribə bir qabiliyyətə malikdir”.
Ernan Krespo: “Milli komandanın məşqləri zamanı Messinin ayaqlarına nə qədər güclü zərbələr endirilirdisə, o, bir o qədər tez ayağa qalxıb yenidən topu idarə edirdi. Beləliklə, o, hər kəsin hörmətini qazandı”.
Qabriel Milito: “Əminəm ki, qalib gəlməyi ondan daha çox istəyən başqa bir argentinalı yoxdur”.
Niko Pas: “Onun yerini heç kim tuta bilməz: o, tarixin ən yaxşısıdır və onun kimi başqa bir insan olmayacaq”.
Müəllif: Tural
-
MDB14:42Dünən özü təhrik edirdi, bu gün deyir ki... - Putindən sensasion təklif
-
Sosial14:13İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNDİ
-
Nida Xəbər 14:04Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - FOTO
-
Nida Xəbər 13:08Pezeşkian qızına ana dilində müraciət etdi - VİDEO
-
Rəsmi xronika12:51İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTO/VİDEO
-
Köşə12:24“Qarabağ”ın yeni lideri o olmalıdır
-
Qoroskop12:12Planetlərin hərəkəti araşdırıldı: 2027-ci ildə bu bürcləri uğur gözləyir
-
Nida Xəbər 11:48Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi













.jpg)

.jpg)








.jpg)
.jpg)











